Eldar Mahmudovun məhkəməsi oldu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Eldar Mahmudovun məhkəməsi oldu

Eldar Mahmudovun məhkəməsi oldu

Müəllif: Gulnare
//
03 may 2018
//
//

Eldar Mahmudovun məhkəməsi oldu


Bu gün Yasamal rayon Məhkəməsində keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Xeberleragentliyi.com qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutun iclasa E.Mahmudov gəlməyib. Lakin onun vəkillə müqavilə imzaladığı bəlli olub. Məhkəmədə keçmiş nazir Eldar Mahmudovu vəkil Cavid Rzazadə təmsil edib.

İşə əlavə cavabdeh kimi cəlb edilən Maliyyə Nazirliyinin nümayəndəsi prosesdə iştirak etməyib.

M. Mustafayev çıxış edərək bildirib ki, E.Mahmudova sualları var: "Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını təmin etməyinizi xahiş edirəm".

C.Rzazadə bildirib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.

Hakim M. Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını bildirib.

Daha sonra vəkil Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini bildirib və zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb. M. Mustafayev isə prosesin açıq olduğunu deyib.

Vəkil qeyd edib ki, M. Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs kimi qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.

Ardınca M. Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. Əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib.

E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilib. M. Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan alıb ona ödəməsini istəyib.

İddiaçı nazirliyin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək işin Nəsimi Rayon Məhkəməsinə istəyib.

M. Mustafayevin vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Xəbər Lenti Giriş Populyar Reklam