Dollar və avronun stabilləşməsi, neftin qiymətinin isə azalması gözlənir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Dollar və avronun stabilləşməsi, neftin qiymətinin isə azalması gözlənir

Dollar və avronun stabilləşməsi, neftin qiymətinin isə azalması gözlənir

Müəllif: Gulnare
//
03 may 2018
//
//

Dollar və avronun stabilləşməsi, neftin qiymətinin isə azalması gözlənir


Dollar və avro ilə bağlı bazarda stabilləşmə əldə ediləcəyi, neftin qiymətinin isə azalması gözlənir.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
Dollar və avronun stabilləşməsi, neftin qiymətinin isə azalması gözlənir


Onun sözlərinə görə, son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən, avroya nisbətən möhkəmlənir: "Bir müddət öncə 1 avro almaq üçün 1,24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1,20-dən də aşağı düşüb. ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot stavkası ilə bağlı əvvəlki artım qərarları və eləcə də Avropa Mərkəz Bankının uçot stavkasını dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Qeyd edək ki, Avropa Mərkəzi Bankı pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0,40%-də, marginal borcvermə faizini isə 0,25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir". Ekspert qeyd edib ki, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür: "Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də "qara qızılın" mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır".
Xəbər Lenti Giriş Populyar Reklam