Tələbələr arasında intellektual yarış keçirilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Tələbələr arasında intellektual yarış keçirilib

Tələbələr arasında intellektual yarış keçirilib

Müəllif: Gulnare
//
21 aprel 2018
//
//

Tələbələr arasında intellektual yarış keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə universitetin Aqrar iqtisadiyyat fakültəsində tələbələr arasında intellektual yarış keçirilib.

Xeberleragentliyi.com Yarışın məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarıb, onların daha geniş biliklərə sahib olmalarına kömək göstərmək olub.Maraqlı mübarizə şəraitində keçən yarışda universitetin bütün fakültələrindən ümumilikdə 80 tələbə iştirak edib.İştirakçılar 30 sualı düzgün cavablandırmaq uğrunda aparılan mübarizəyə qoşulublar. Gərgin keçən final mərhələsində ən çox düzgün cavab verərək, I yerə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin "Veterinar" komandası, II yerə Aqrotexnologiya fakültəsinin "Dragons" komandası, III yerə isə iki komanda, Mühəndislik fakültəsinin "Medusa" və Aqrobiznes və İdarəetmə fakültəsinin "Mega Brain" komandaları layiq görülüb. Qalib gələn tələbələr universitet rəhbərliyi tərəfindən kubok,fəxri fərman və sertifikat ilə mükafatlandırılacaqlar.

Tələbələr arasında intellektual yarış keçirilib
Tələbələr arasında intellektual yarış keçirilib
Tələbələr arasında intellektual yarış keçirilib
Xəbər Lenti Giriş Populyar Reklam