Qeyd edək ki, S.Zeynalova özəl xəstəxanaların birində tibb bacısı işləyir. Faktla bağlı araşdırma aparılır. » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Qeyd edək ki, S.Zeynalova özəl xəstəxanaların birində tibb bacısı işləyir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Zeynalova özəl xəstəxanaların birində tibb bacısı işləyir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gulnare
//
20 aprel 2018
//
//

Qeyd edək ki, S.Zeynalova özəl xəstəxanaların birində tibb bacısı işləyir.  Faktla bağlı araşdırma aparılır.


2018-ci il aprelin 20-də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) inzibati binasının akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransı keçirilib.

Xeberleragentliyi.com Konfrans dövlət himninin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müasir Azərbaycanın qurucusu Ümumilli lider Heydər Əliyevin gəncliyin inkişafında olan xidmətlərindən, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin edilməsinin zəruriliyindən və bu istiqamətdə görülmüş işlərdən danışıb. Rektor qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasəti, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluğu, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq, “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransının keçirilməsi gənclərin yaradıcılıq potensialının, onların yeni ideyalarının aşkara çıxarılmasında mühüm rol oynayan tədbirlərdən biridir.

Konfranın müvafiq bölmələri üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialından 222 tələbənin məruzəsi dinlənilmişdir. Plenar iclasda 11 məruzə dinlənilmiş, daha sonra konfransın işi 6-sı ingilis, 1-i rus, 1-i fransız, 1-i alman olmaqla 9 bölmə üzrə tədris korpuslarında və tələbə evində davam etmişdir. Sonda konfransın işinə yekun vurulmuş, iştirakçılara Fəxri Fərman və Təşəkkürnamələr verilmişdir.
Xəbər Lenti Giriş Populyar Reklam