Revmotizm hansı yaş həddi üçün təhlükəlidir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Revmotizm hansı yaş həddi üçün təhlükəlidir

Revmotizm hansı yaş həddi üçün təhlükəlidir

//
19 noyabr 2012
//
//

Revmotizm hansı yaş həddi üçün təhlükəlidir



Revmatizm-sistem xəstəlik olub, əsasən cavan yaşlarda rast gəlinir və ürək qan-dövranının zədələnməsi ilə xarakterizə olunur.

Xəstəliyi müəyyən edən əlamətlər aşağıdakılardır:

1.Əsasən ürək qan-dövranının zədələnməsi;
2.Xəstəlikdə irsiyyətin rolu ;
3.Orqanizmdə digər infeksiya ocağının olması;

Xəstəliyin əsas əlamətləri ürəyin qişalarının zədələnməsi ilə xarakterizə olunur. Zədələnmələr ürəyin qapaq sistemində deformasiyalar yaradır və son mərhələdə ürək çatışmazlığına səbəb olur. Revmatizm xəstəliyində digər orqanların zədələnməsi ikincili hesab olunur, xəstəliyin ağırlıq dərəcəsinə və proqnozuna təsir etmir.


Belə müəyyən olunub ki, xəstəlik angina, xroniki tonzillitin ağırlaşması və digər steptokokk infeksiyası keçirmiş insanlarda rast gəlinir. Həmçinin, xəstəliyin yaranmasında irsi meyllik ”revmatik ailə” və sosial faktorlar (məişət şəraiti, qidalanma) da rol oynayır.
Xəstəliyin əsas simptomları ürək qan dövranının zədələnməsi ilə əlaqəlidir. Lakin digər orqanların zədələnmə əlamətləri də özünü büruzə verir. Ona görə də əlamətləri ürək və qeyri–ürək əlamətlərinə ayırırlar.

Tipik hallarda xəstəlik keçirilmiş anginadan və ya digər tənəffüs sistemi xəstəliklərindən 1-2 həftə sonra bədən temperaturu yüksəlir (bəzən 38-40° S) və güclü tərləmə ilə müşahidə olunur. Adətən bu tərləmə titrəmə olmadan başlayır. Hal-hazırda isə xəstəliyin əsas və yeganə simptomu ürək qişalarının zədələnməsi-revmokarditdir.Xəstələr ürək nahiyəsində zəif ağrılardan və xoşagəlməz hissiyyatdan şikayət edirlər. Bundan başqa, fiziki yükləmədən sonra zəif təngnəfəslik və ürəkdöyünmələrindən də əziyyət çəkirlər. Lakin bu əlamətlər yalnız revmatizm üçün xarakterik deyil, digər xəstəliklərdə də rast gəlinə bilər .

Revmokardit nisbətən gənc yaşlarda daha ağır gedişli olur: ürək nahiyəsində daimi ağrılar, yüngül fiziki yükləmədən sonra güclü təngnəfəslik və ürək döyünmələri, sakitlik halında belə narahatçılıq hissinin olması xəstəliyin daha fərqli cəhətlərini göstərir.

Dayaq-hərəkət sistemində dəyişikliklər revmatik poliartrit şəklində özünü göstərir.Xəstələr böyük oynaqlarda artan ağrılardan şikayət edirlər.(diz, dirsək, bazu və s.) Bəzən aktiv hərəkətlərdə məhdudiyyət yaranır və oynağın ölçüləri artır. Revmatik poliartitlər antirevmotik preparatlarla müalicədən sonra asanlıqla geriyə inkişaf edir. Bəzən oynaqların zədələnməsi yalnız artralgiyalarla-oynaqda heç bir dəyişiklik olmadan ağrıların olması özünü büruzə verir. Bəzən isə oynaqların formasının dəyişilməsi və defiormasiyaların yaranması kimi ağırlaşması ola bilər.
Sinir sisteminin zədələnməsi az rast gəlinsə də daha çox uşaqlarda rast gəlinir. Emosional labillik, bədənin ətraflarının və üzün əzələlərinin qeyri-iradi hərəkətləri ilə xarakterizə olunur.

Dərinin zədələnməsi əsasən revmatik düyün şəklində olur ki, bu düyünlər ən çox zədələnmiş oynaq nahiyəsində əmələ gəlir. Bu düyünlər noxud böyüklüyündə olub, sərt, ağrısız törəmələrdir. Adətən müalicə fonunda tez yox olur və bəzən də xəstəlik zamanı əmələ gəlmir.


MÜALİCƏ:

Revmatizmin müalicəsi 3 mərhələdə aparılır.

-aktiv fazada stasionarda müalicə;
-xəstələrin poliklinikaların kardiorevmatik kabinetlərində müalicə;
-daimi uzunmüddətli dispanser müşahidə və poliklinikalarda profilaktik müalicə ;


Müalicə taktikası 3 istiqamətdə aparılır:

A) steptokokk infeksiyası ilə mübarizə
B) aktiv revmotik prosesin yatızdırılması
C) İmmunoloji pozğunluqların korreksiyası

1.Aktiv steptokk infeksiyasına qarşı antibiotiklərdə istifadə olunur. Daha çox isə penisillin və onun polusintetik törəmələrindən istifadə olunur. (ampisillin,oksasillin,metisillin və s.) Müalicə 2 həftə ərzində aparılır.

Aktiv revmatik proses zamanı qeyri-steroid iltihab əleyhinə preparatlardan istifadə olunur. Xüsusilə indometasin və voltaren daha effektlidir. Bu preparatların gündəlik dozası 150 mq-dır. Bəzən bu preparatların əvəzinə asetil salesil turşusundan gündə 4-5 qr. olmaqla istifadə oluna bilər. Bu maddələr orqanizm tərəfindən pis qəbul olunduqda -brufen-gündə 1,0-1,6 qr. və ya butadion 0,45 qr. istifadə oluna bilər. Bu dərmanlar aktiv revmatik prosesin tamamilə azaldığı müddətə qədər təyin olunmalıdır. Xəstəliyin yüksək aktivlik dərəcəsində (III dərəcə ), qan dövranı çatışmazlığı ilə nəticələnən birincili revmokarditlərdə kortikosteroid hormone preparatlarından-prednizalon (gündə 40-60 mq ) qəbul oluna bilər. Klinik olaraq yaxşılaşma olduqda dozanı yavaş-yavaş azaltmalıyıq, belə ki, kəskin preparatın kəsilməsində prosesin ağırlaşmasına səbəb ola bilər. Zəif gedişli proseslərdə immunosupressiv müalicə böyük effekt verir. Aminoxinolon törəmələrindən plakvelin, delagil preparatlarından istifadə olunur.


2. Stasionardan evə yazıldıqdan sonra müalicə həmin preparatlarla az dozada davam etdirilir. Asetil salisil turşusu -2 qr, brufen -600 mq, indometasin və voltaren -25-50 mq dozalarda. Ambulator müalicənin davam etmə müddəti prosesin aktivlik dərəcələrindən asılıdır: kəskin proseslərdə 1-2 ay, daima təkrarlanan və uzun sürən xəstəlik fonunda 2-4 ay davam edilir.Aktiv proses tam aradan qaldırıldıqda xəstələr sanator-kurort müalicəsi almalıdır. Lakin bu müalicə xəstəlik yalnız birinci mərhələdə olduqda aparıla bilər.


3.Xəstəliyin təkrarlanmasına qarşı orqanizmdəki streptokk infeksiyası ilə mübarizə aparmaq lazımdır. Bunun üçün bisillinlə profilaktika aparıla bilər. Xroniki tonzillit olduqda damaq badamcıqlarının cərahi yolla kəsilməsi yalnız dərman müalicəsinə tabe olmadıqda və tonzillitin kəskinləşməsi revmatik prosesin təkrarlanmasına səbəb olduğu vaxtda aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam