Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib

Müəllif: Gulnare
//
27 Nisan 2018
//
//

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib


Aprelin 27-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Xeberleragentliyi.com Dəyirmi masada Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Məhəmməd Musayev, rayonun səhiyyə işçiləri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli çıxış edərək qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci idönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. O, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb: "Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".
Dəyirmi masada daha sonra çıxış edənlər Zərifə xanımın tibb elmindəki nailiyyətləri ilə bərabər, həm də sədaqətli ömür-gün yoldaşı, gözəl ana olmasını vurğulayıblar. Qeyd olunub ki, həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, ailə üzvlərinə qarşı səmimiliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.
Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Xəbər Lenti Giriş Populyar Reklam