Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilib

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilib

Müəllif: Gulnare
//
18 aprel 2018
//
//

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilib


Aprelin 18-də Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda iki günlük seminar-müşavirə öz işinə başlayıb.

Xeberleragentliyi.com Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısının birinci müavini Tacəddin Novruzov mövzunun əhəmiyyətindən danışıb. Natiq bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edib. S.Salahlı vurğulayıb ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır. DQİDK sədrinin birinci müavini bildirib ki, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər.
Ölkəmizdə mövcud olan multikultural və tolerantlıq mühitindən də bəhs edən S. Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dini konfessiyaların nümayəndələri hər tərəfli diqqət və qayğı ilə əhatə olunublar. Məhz bütün bunların nəticəsidir ki, xalqımız bu ilin aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə növbəti dəfə etimad göstərdilər.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi və dini sabitlikdən danışan S.Salahlı respublikamızda aparılan dini radikalizmlə mübarizə tədbirlərinə də toxunub. Dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəaların Azərbaycan Respublikasının qanunlarında da əksini tapdığını bildirən natiq deyib ki, dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv, profilaktik və inzibati metodlardan istifadə olunur. Dövlət Komitəsi sədrinin birinci müavini bu istiqamətdə din xadimlərinin, dindarların və gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov isə çıxışında dinə və dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. F. Cəfərovun sözlərinə görə, Prezident İlham Əliyevin seçkilərdəki qələbəsinin əsasında Ona olan dərin etimad və inam dayanır.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Xəbər Lenti Giriş Populyar Reklam