Mükafatlar iki ildən bir, ilaxır çərşənbədə veriləcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Mükafatlar iki ildən bir, ilaxır çərşənbədə veriləcək

Mükafatlar iki ildən bir, ilaxır çərşənbədə veriləcək

Müəllif: Anar
//
18 noyabr 2012
//
//

Mükafatlar iki ildən bir, ilaxır çərşənbədə veriləcək

Azərbaycan Yazıçılar Birliyi bir neçə nominasiya üzrə mükafatlar təsis edib. Bu barədə məlumatı Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatlar komissiyasının katibi Fərid Hüseyn məlumat verib. Onun sözlərinə görə mükafatlar 5 nominasiyada veriləcək. Ən yaxşı nəsr əsərinə görə–Yusif Səmədoğlu, ən yaxşı poetik əsərə görə – Əli Kərim, ən yaxşı tənqid və esseistik əsərə görə–Yaşar Qarayev, ən yaxşı tərcümə əsərinə görə–Abbas Səhhət mükafatı, Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə–Nəcəf Nəcəfov mükafatı veriləcək. Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilir.

Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə verilir.

Müəlliflər kitablarını Bakı şəhəri S.Rüstəm küç.; 25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim etməlidirlər. Elektron mətnlər və əlyazmalar qəbul edilmir. Müəlliflərdən əsərin 3 nüsxəsi və qısa əbədi bioqrafiyaları tələb olunur. Hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.

Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək. Mükafatlar barədə daha geniş məlumatla Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatları haqqında əsasnamədə tanış ola bilərsiniz. Mükafatlar haqqında suallarınızı [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Mükafat komissiyasının sədri yazıçı Kamal Abdulla, üzvləri Azər Mustafazadə, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Ramiz Rövşən, Əjdər Ol, Salam Sarvan, Bəsti Əlibəyli, İlqar Fəhmidir. Komissiyanın katibi isə Fərid Hüseyndir.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı