Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə HÖKM OXUNDU » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə HÖKM OXUNDU

Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə HÖKM OXUNDU

Müəllif: Gulnare
//
01 May 2018
//
//

Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə HÖKM OXUNDU


Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 210 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Sərvər Şeyxovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişlərin qaldırdığı mülki iddia da təmin olunub.

Qeyd edək ki, S.Şeyxov Bakıda 2 vətəndaşa ev almaq adı ilə onların etibarından sui-istifadə edərək 210 min manatlıq dələduzluq edib.

Həmin şəxslərə nə istintaq dövründə, nə də məhkəmədə dəymiş zərər ödənilməyib.

S.Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, o, bundan qabaq da dələduzluq əməli ilə məhkumluq həyatı yaşayıb. S.Şeyxov "Şatl" MMC-nin təsisçisi olub.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam