Tramp və Kim Çen Inin görüşəcəkləri yer bəlli oldu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Tramp və Kim Çen Inin görüşəcəkləri yer bəlli oldu

Tramp və Kim Çen Inin görüşəcəkləri yer bəlli oldu

Müəllif: Gulnare
//
01 may 2018
//
//

Tramp və Kim Çen Inin görüşəcəkləri yer bəlli oldu


Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya lideri Kim Çen Ini Amerika prezidenti Donald Trampla görüş üçün demilitarizasiya olunmuş zonanı seçməyə razı salıb.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə məlumat CNN-də yayılıb. Bildirilib ki, Şimali Koreya ilə Cənubi Koreyanı ayıran demilitarizasiya olunmuş zona yüksək səviyyəli görüş üçün uyğundur.

"Biz müxtəlif ölkələri nəzərdən keçiririk, o cümlədən Sinqapuru. Biz, həmçinin demilitarizasiya olunmuş zona barədə danışırıq", - Tramp ötən gün səhər söyləyib.

Qeyd edək ki, aprel ayının 27-də demilitarizasiya zonasında Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In danışıqlar aparıblar. Liderlər görüş zamanı Koreya yarımadasının nüvə silahından təmizlənməsi, sülhün bərqərar olunması və ölkələr arasında münasibətlərin yaxşılaşdırılması məsələlərinə toxunublar.
Xəbər Lenti Giriş Populyar Reklam