Ticarət Mərkəzində dəhşətli hadisə oldu,ölən və yaralananlar var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ticarət Mərkəzində dəhşətli hadisə oldu,ölən və yaralananlar var

Ticarət Mərkəzində dəhşətli hadisə oldu,ölən və yaralananlar var

Müəllif: Anar
//
18 Kasım 2012
//
//

Ticarət Mərkəzində dəhşətli hadisə oldu,ölən və yaralananlar var

Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 10:00 radələrində Dədə Qorqud küçəsində yerləşən “Gənclik” Ticarət Mərkəzində tikinti işləri aparılarkən tikinti materiallarını qaldıran kranın trosu qırılıb.

Bu zaman aşağıda olan 3 fəhlə düşən yükün altında qalıb. Onlardan Vəliyev Elşən İsfəndiyar oğlu ölüb, Şəfiyev Rəşad Yusif oğlu və Kərimov Ramin Mürşid oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam