Rusiya və Fransa prezidentləri İranla nüvə sazişinin yerinə yetirilməsinin əhəmiyyətini təsdiqləyiblər

Fransa tərəfinin təşəbbüsü ilə Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Xeberleragentliyi.com TASS-a istinadən xəbər verir ki, Kremlin Mətbuat xidmətinin məlumatında dövlət başçılarının İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirə etdikləri vurğulanıb.
"E.Makron ABŞ-a səfəri, xüsusilə də İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ilə əlaqədar aparılan danışıqlar barədə məlumat verdi. Rusiya və Fransa prezidentləri Planın dəyişikliksiz yerinə yetirilməsinin əhəmiyyətini təsdiqləyiblər", - Kremlin məlumatında deyilir.

Xəbər Lenti
Giriş
Populyar
Reklam














İstifadəçi paneli






