Litva Bankı saxta əsginasları əslindən ayırd edən elektron proqram hazırlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Litva Bankı saxta əsginasları əslindən ayırd edən elektron proqram hazırlayıb

Litva Bankı saxta əsginasları əslindən ayırd edən elektron proqram hazırlayıb

Müəllif: Gulnare
//
28 Nisan 2018
//
//

Litva Bankı saxta əsginasları əslindən ayırd edən elektron proqram hazırlayıb


Litva Bankının hazırladığı ödənişsiz və açıq elektron təlim proqramı sayəsində saxta əsginasları və sikkələri əslindən ayırd etmək mümkün olacaq. Proqram nağd pulla işləyənlər, həmçinin hələ də hesablamalar zamanı nağd puldan istifadə edən insanlar üçün nəzərdə tutulur.

Xeberleragentliyi.com AZƏRTAC a isdinaden xəbər verir ki, Litva Bankının yeni elektron proqramında həm əsginasları qorumaq vasitələri, həm də onların saxta nümunələri təqdim olunub. İki hissədən ibarət proqramın birinci hissəsi əsginas və sikkələrə həsr olunub. Proqramın sonunda təqdim olunan test məlumatın necə qavranılmasını yoxlamağa imkan yaradır.

Litva Bankının məlumatına görə, daha çox 50 avroluq saxta əsginaslar aşkarlanır. Saxta sikkələrə isə daha az – ay ərzində orta hesabla 25 dəfə rast gəlinir. Əksər hallarda bu, 50 sentlik, 1 və 2 avroluq saxta sikkələrdir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam