Vətəndaşlardan silah-sursat götürülüb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Vətəndaşlardan silah-sursat götürülüb

Vətəndaşlardan silah-sursat götürülüb

Müəllif: Gulnare
//
28 aprel 2018
//
//

Vətəndaşlardan silah-sursat götürülüb


Vətəndaşlardan silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fazil Fərzəliyevdən “Makarov” markalı tapança, 2 ədəd güllə darağı və 14 ədəd patron, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Şirvan şəhər sakini Orxan Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Sabunçu rayonunun Nardaran qəsəbə sakini İsmayıl Allahverdiyev “İJ-16” markalı nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Aprelin 27-də Oğuz rayonunun Xaçmaz kəndində yaşayan Aynur Saadova evdə ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində əl nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Oğuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır. Apa.az
Xəbər Lenti Giriş Populyar Reklam