Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb

Müəllif: Gulnare
//
28 aprel 2018
//
//

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman bir ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkarlanaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Azertac.az
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində iki silahlı şəxs saxlanılıb
Xəbər Lenti Giriş Populyar Reklam