Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB

Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB

Müəllif: Gulnare
//
27 aprel 2018
//
//

Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB


Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Mey ilə görüşü olub.



APA-nın məlumatına görə, T. Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib.



O, prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanan sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. T. Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.



Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlət başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var: “Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır”.



İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlət başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.



Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olunub.



*** 20.43 26.04.2018



Azərbaycan prezidenti İlham Əliyev Londona səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşüb.



APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.



Görüşdən sonra prezident İlham Əliyevin və baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.



Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.



Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri bu gün başa çatıb.

Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB
Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB
Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib - YENİLƏNİB

Apa.az
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı