Arslan Növrəsli türk dinləyicisini tarın sehrinə qərq edəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Arslan Növrəsli türk dinləyicisini tarın sehrinə qərq edəcək

Arslan Növrəsli türk dinləyicisini tarın sehrinə qərq edəcək

Müəllif: Gulnare
//
27 Nisan 2018
//
//

Arslan Növrəsli türk dinləyicisini tarın sehrinə qərq edəcək


Azərbaycan ifaçılıq məktəbinin cavan nəslinə mənsub olan, yenilikçiliyi və professionallığı ilə seçilən tarzən Arslan Növrəsli növbəti konserti ilə tamaşaçılar qarşısında çıxış edəcək.

Xeberleragentliyi.com AZƏRTAC a isdinaden xəbər verir ki, o, bu dəfə türk dinləyicisini tarın zəngin və sehrli tembr ahənginə qərq edəcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə mayın 2-sində Türkiyənin İstanbul şəhərində baş tutacaq konsert “Azərbaycan musiqi festivalı” çərçivəsində reallaşacaq. Bu festival “Sən də Azərbaycanı gör” şüarı altında 3 fərqli janrlı konsertlər məcmusu kimi də qəbul oluna bilər. Belə ki, ilk konsert klassik Azərbaycan musiqisinə, ikinci konsert Azərbaycan professional musiqi janrı olan muğama, üçüncü konsert isə etno-caza həsr olunacaq.

A.Növrəsli İstanbulun Beyoğlundakı “Grand Pera Cercle d’Orient” salonunda öz qrupu ilə maraqlı repertuar təqdim edəcək. Belə ki, repertuar daxilində klassik caz standartlı kompozisiyalar, Azərbaycan musiqisindən seçilmiş parçalar, eləcə də, maraq doğuracaq, əvvəlcədən açıqlanmayan musiqi nümunələri səsləndiriləcək. Azərbaycan musiqi günlərinin son – bağlanış konsertində Arslan Növrəsli öz qrupu ilə festivala yekun vuracaq.

Xeyriyyə məqsədi daşıyan bu konsertlərdən toplanan gəlir Barış için Müzik Vakfına bağışlanacaq.

Qeyd edək ki, Arslan Növrəsli ilk dəfə olaraq tarda caz ifa edən tarzəndir. Belə ki, onun qoyduğu bu başlanğıc 2006-cı ilə təsadüf edir və ilbəil təkmilləşir. Tarda caz standartları və harmonik konsepsiyalar ifa edən musiqiçi bu dəfə də öz geniş və maraqlı repertuarı ilə dinləyicilərin könlünü fəth edəcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam