Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada

Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada

Müəllif: Gulnare
//
26 aprel 2018
//
//

Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada


Mayın 6-da Kaliforniya Ştatında Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı baş tutacaq.

Xeberleragentliyi.com AzNews.az a isdinaden xəbər verir ki, Mərkəzin Azərbaycanlı rəhbəri Sevinc Səfərova açılışa “Azərbaycan gecəsi” ilə start verəcək. Bu gecə Ulu Öndərimiz Heydər Əliyevin 10 may doğum günü xatirəsinə həsr olunacaq.

Mərkəzin prezidenti Azərbaycanlı yazar, prodüser Sevinc Səfərova Los-Ancelosda yaşayan Azərbaycanlıların İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlı sevinc hissi yaşadıqlarını və onun uzaqgörən siyasətinin dəstəklənməsi münasibəti ilə gecədə çıxışlar təşkil olunacağını bildirdi: “İlham Əliyevin yenidən prezident seçildiyi üçün onu yazılı olaraq təbrik etmişəm və bu gecədə qonaqlarımızla birlikdə ona öz təbriklərimizi ünvanlayacağıq. Azərbaycan gecəsində Amerikanın nüfuzlu televiziyaları iştirak edəcək. Bununla yanaşı tədbirdə siyasi, eyni zamanda tanınmış iş adamları iştirakı da nəzərdə tutulub. Hollivuddun media nümayəndəliyinin də iştirak etdiyi gecədə Amerikanın nüfuzlu kanallarında iştirak edəcək və onlar da Azərbaycan mədəniyyəti, mətbəxi ilə yaxından tanış olacaqlar”.

Mərkəzin prezidenti Sevinc Səfərova Azərbaycan gecəsini keçirməkdə əsas məqsədinin Qarabağı unutdurmamaq və onun tarixini mədəniyyəti barədə nəinki Amerika xalqına, eyni zamanda dünyaya bəyan etmək istəyinin dayandığını qeyd etdi. Bundan başqa Azərbaycan mədəniyyətinin okeanın o tayında tanıdılması da əsas məqsədlərdən biri olaraq nəzərdə tutulub.

Azərbaycan gecəsinin keçirilməsində əsas dəstəkçisi Şəmi Mafi və sponsoru isə tanınmış Kəngərlilərin davamçısı həkim Cyrs Kengerli yer alır. O, CK Global trening Holdinginin rəhbəridir.

Sevinc Səfərova dəstəyə görə Kəngərli ailəsinə dərin təşəkkürünü bildirir: “Cyrs Kəngərli Azərbaycan kökənlidir. Böyük nəslin davamçılarındandırlar. Nəsilləri də Qarabağlıdır. Bir tərəfi isə Naxçıvana və İrəvana gedib çıxır. Bu işdə bizim əsas dəstəkçilərimizdəndirlər və onlar Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunmasına çox maraqlıdırlar. Onlarla işlədiyim üçün özümü şanslı hesab edirəm”.

Gecənin sponsorlarından olan xanım Şəmi Mafi açıqlamasında bu layihəni etməkdə əsas məqsədlərinin Azərbaycanın da Amerikada tanınmasını zəmin yaratmaq olduğunu vurğulayır: “Çox istərdik ki, Azərbaycan sənətçiləri Amerikada

tanınsın. Nəinki sənətçiləri Azərbaycanla Amerika arasındakı turizm əlaqələri genişlənsin. Biz “Azərbaycan gecəsi”-nin keçilməsinin tərəfdarıyıq. Bu gecədən sonra Azərbaycanda iqtisadi inkişafına da qatqısı olacağını düşünürük. Gecədə iştirak edən nüfuzlu iş adamları ola bilsin ki, gələcəkdə Azərbaycanda müəyyən bir biznes qurub, sərmayə yatırdılar. Azərbaycan mətbəxi Amerikada tanınması üçün çalışırıq. Bizim gələcəkdə hədəflərimi sənət olaraq iki ölkəni birləşdirmək və Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaqdır. Mərkəzin açılışında ilk tədbirimizin məhz Azərbaycan gecəsi olması da heç də təsadüfi deyil”.

Mədəniyyət evinin açılışında Azərbaycandan və Amerikanın sevilən sənətçiləri iştirak edəcəklər. Dəvətli qonaqlardan Maestro Shahbal Shabpareh, Azəri musiqiçisi usta Rəhman Əsədullahi iştirak edəcək. Eyni zamanda gənc, gözəl səsə malik Cana Mafi, skripkada Elvina Qurbanova və vokalda Nail Qurbanov çıxış edəcəklər.

Tədbirdə Azərbaycan milli mətbəxi də təbliğ olunacaq. Milli yeməklərimiz şirniyyatlarımız qonaqlara təqdim olunacaq.

Gecədə Azərbaycan konsulluğunun iştirakı gözlənilir. Gecənin təşkilatı dəstəyi İran Yəhudi federasiyanın rəhbəri həkim Kamran Brukhimdir.

Qeyd edək ki, 6 mayda Kaliforniyanın Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışında yazar Sevinc Səfərovanın “Sin” adlı kitab təqdimatı da gerçəkləşəcək.

Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada
Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada
Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada
Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq - Kaliforniyada
Xəbər Lenti Giriş Populyar Reklam