Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb

Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb

Müəllif: Gulnare
//
26 aprel 2018
//
//

Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb


Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət işi ibtidai istintaqa qaytarılıb.

Xeberleragentliyi.com xəbər verir ki, zərərçəkmiş şəxsin vəkili Hafiz Ələsgərov APA-ya deyib ki, bu işə iki ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində baxılırdı. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Qeyd edək ki, 2015-ci ilin mart ayında "StarMed" klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xəbər Lenti Giriş Populyar Reklam