Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub

Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub

Müəllif: Gulnare
//
26 aprel 2018
//
//

Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub


Bakıda avtomobil oğurluğunda şübhəli bilinən və axtarışda olan şəxs tutulub.

Xeberleragentliyi.com Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Aprelin 11-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun M.Cəlal küçəsindən Bakı şəhər sakini Mirməhəmməd Bəhrəmzadəyə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə avtomobil həmin gün Goranboy rayonunun Əhmədabad kəndində Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov polis əməkdaşlarına təhvil verilib.

19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvü – Məhəmməd Miriyev də saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olduğu, həmçinin aprelin 11-də Bakı şəhər sakini Rövşən Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam