“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

Müəllif: Gulnare
//
26 aprel 2018
//
//

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir


"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik təklif olunub.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən təklif olunan layihədə qanunun 8-ci (Toplantının qadağan edilməsi və ya dayandırılması) maddəsinin VIII (Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə Fövqəladə vəziyyət haqqında müəyyən edilmiş qaydada məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər) hissəsində "Fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilir, eyni zamanda ""Fövqəladə vəziyyət haqqında" qanunla müəyyən edilmiş qaydada" sözləri ""Fövqəladə vəziyyət haqqında" və "Hərbi vəziyyət haqqında" qanunlara uyğun olaraq" sözləri ilə əvəzlənir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı