Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb

Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb

Müəllif: Gulnare
//
26 aprel 2018
//
//

Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Xeberleragentliyi.com Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə A.Hacıyevin əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər