Silahlı şəxs İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Silahlı şəxs İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib

Silahlı şəxs İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib

Müəllif: Gulnare
//
26 aprel 2018
//
//

Silahlı şəxs İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib


Tapança və bıçaqla silahlanmış bir nəfər İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib.

Xeberleragentliyi.com "İzvestiya"ya istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ağır yaralanmış halda xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları silahlı şəxsi saxlayıblar. Saxlanılan şəxsin Texas sakini 55 yaşlı Əlirez Fahar olduğu aydınlaşdırılıb.

Şahidlərin sözlərinə görə, o, hücum zamanı fars dilində nəsə qışqırıb. Saxlanılan şəxs həmçinin televizorları, kompüterlərin monitorlarını və binanın pəncərələrini sındırıb.

Qeyd edək ki, İranın ABŞ-da səfirliyi yoxdur, sadəcə, Pakistan səfirliyi yanında İranın maraqları bölməsi var və orada viza və pasportlar işlənilir. Bölmə İranın ABŞ-dakı konsulluq nümayəndəliyi kimi fəaliyyət göstərir.
Xəbər Lenti Giriş Populyar Reklam