Azərbaycan balı organik məhsul sertifikatı ala bilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan balı organik məhsul sertifikatı ala bilər

Azərbaycan balı organik məhsul sertifikatı ala bilər

Müəllif: Gulnare
//
26 Nisan 2018
//
//

Azərbaycan balı organik məhsul sertifikatı ala bilər


Azərbaycan Arıçılar Assosiasiyası orqanik sertifikatlaşma ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcək.

Xeberleragentliyi.com Bunu Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycan balına orqanik məhsul sertifikatının alınmasıdır.

"Bunun üçün nazirlik Nazirlər Kabinetinə müraciət etməlidir. Azərbaycan balı orqanik məhsul sertifikatı aldıqdan sonra dünya bazarına daha rahat çıxa bilər. Lakin bu, olduqca çətin prosesdir. Çünki həmin sertifikatı əldə etmək baha başa gəlir. Onu xaricdə verirlər. Xaricdən Azərbaycana nümayəndə dəvət etmək isə böyük maliyyə vəsaiti tələb edir. Həmin xərclərin bir hissəsini dövlət və yaxud donor təşkilatı üzərinə götürsə proses sadələşə bilər. Yaxud da, 10 arıçı biləşərək bunu həyata keçirə bilər. Orqanik məhsul sertifikatı verənlərin də müəyyən şərtləri var. Şərtlər qutuların rəngli olmaması, magistral yoldan uzaq məsafədə yerləşməsidir. Prosesi həyata keçirmək üçün bir il keçid dövrü verilir", - deyə o, qeyd edib.

Bundan başqa, B.Həsrətovun sözlərinə görə, Ümumdünya Ərzaq Təşkilatı (FAO) Azərbaycanda "Arıçılıq haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb: "Təkliflərdən biri qanunvericilikdəki "ekoloji təmiz kənd təsərrüfatı" sözünün orqanik" sözü ilə əvəz edilməsidir. Çünki bütün dünyada etiketlərin üzərində organik sözü istifadə edilir".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam