Nazir Murtuzəli Hacıyevə yeni vəzifə verdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir Murtuzəli Hacıyevə yeni vəzifə verdi

Nazir Murtuzəli Hacıyevə yeni vəzifə verdi

Müəllif: Gulnare
//
26 Nisan 2018
//
//

Nazir Murtuzəli Hacıyevə yeni vəzifə verdi


Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Murtuzəli Hacıyev yeni vəzifəyə təyin edilib.

Xeberleragentliyi.com qafqazinfo-ya istinadən xəbər verir ki, 22 il həmin vəzifədə işləmiş M.Hacıyev açıqlamasında bu illər ərzində səmərəli əməkdaşlığa görə, bütün media içilərinə, kolleqalarına minnətdarlığını bildirib: "Bu müddətdə bütün jurnalistləri özümə dost bilmişəm, eyni zamanda özümü də onların dostu hesab etmişəm. Hər zaman çalışdığım qurumu yüksək səviyyədə təmsil etməyə çalışmışam. 25 ildir bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi, Mətbuat xidməti şöbəsi yaradıldığı gündən indiyədək rəhbər vəzifədə işləmişəm.

Nazirliyə yeni təyin olunan cənab İnam Kərimova təcrübəmi, iş fəaliyyətimi nəzərə alaraq, mənə yenidən etimad göstərdiyinə görə dərin təşəkkürümü bildirirəm. Hazırda toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişəm. Çalışacam ki, göstərilən etimadı doğruldum və bu vəzifəmin də öhdəsindən layiqincə gəlim.

Harada işləməyimdən, hansı vəzifədə olmağımdan asılı olmayaraq, dövlətimə sədaqətlə xidmət edəcəyəm".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam