Uşaqlar səhər yeməyində bunları yeməlidirlər - Valideynlərin diqqətinə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Uşaqlar səhər yeməyində bunları yeməlidirlər - Valideynlərin diqqətinə

Uşaqlar səhər yeməyində bunları yeməlidirlər - Valideynlərin diqqətinə

Müəllif: Gulnare
//
25 aprel 2018
//
//

Uşaqlar səhər yeməyində bunları yeməlidirlər - Valideynlərin diqqətinə

Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.

Xeberleragentliyi.com ailem.az-a istinadən bildirir ki, gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur. Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu oynayır. Qlükoza beyin üçün ən vacib və yeganə enerji qaynağıdır. Beynin funksiyalarını normal yerinə yetirməsi üçün yüksək miqdarda qlükozaya ehtiyacı var. Araşdırmalar göstərir ki, səhər yeməyini yeyən şagirdlərin konsentrasiya və öyrənmə qabiliyyətləri digərlərinə nisbətdə daha yaxşıdır. Ümumiyyətlə, səhər yeməyini yeyən insanların gün ərzində işgüzarlıqlarının daha yüksək olması təsbit olunub.

Araşdırmalarda səhər yeməyi yeyən şagirdlərin:

• Sinifdə daha müvəffəqiyətli olduqları;

• Qavrama bacarıqlarının daha yaxşı olduğu;

• Problemləri daha rahatlıqla həll etdikləri;

• Qidalanma ilə bağlı yaranan xəstəliklərə daha az tutulduqları bəlli olub.

Uşaqlıqdan əldə edilən vərdişlər gələcək həyatın təməlini təşkil edir. Buna görə də səhər yeməyini uşağa erkən yaşlarda öyrətməklə ona sağlam bir gələcək vermiş olarsınız. Üstəlik, köklük, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, yüksək təzyiq kimi irsi xəstəliklərin çoxundan da uşağı qoruya bilərsiniz.

Bəs səhər yeməyində nə yeməli?

Səhər yeməyində ümumən karbohidrat mənbəyi olan çovdar və ya tam taxıllı çörəkləri, meyvə, tərəvəz, protein mənbəyi olan pendir, yumurta, süd və qatığı, yağ qaynağı olan qoz, badam, fındıq, zeytun, təbii mürəbbə və cemlər, bəhməz kimi sağlam qidalar məsləhət görülür. Evdə səhər yeməyini yeməyə vaxtı olmayanlar üçün sendviç, yaxud tost yaxşı seçim ola bilər. Bulka, müxtəlif şirin bişmələr, hamburger kimi qidalardan səhər yeməyində mümkün qədər uzaq durmaq lazımdır.

Qəlyanaltı üçün təzə və quru meyvələr, qoz, badam, fındıq kimi yağlı çərəzlər, qutu südlər və ya təbii meyvə şirələri kimi praktik daşına bilən qidalardan istifadə etmək olar. Səhər yeməyi və qəlyanaltıların verildiyi məktəblərdə menyular ailələr tərəfindən yoxlanılmalıdır.

Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar

Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.
Xəbər Lenti Giriş Populyar Reklam