Astara rayonunda top mərmisi aşkarlanıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Astara rayonunda top mərmisi aşkarlanıb

Astara rayonunda top mərmisi aşkarlanıb

Müəllif: Gulnare
//
25 aprel 2018
//
//

Astara rayonunda top mərmisi aşkarlanıb

Aprelin 25-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Həzi Aslanov küçəsində mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd 82 millimetrlik geritəpməsiz top mərmisi (BK-881) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1–dən aprelin 25-dək ANAMA tərəfindən 3469 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 64 min 865 kvadratmetr ərazi yoxlanılıb.
Astara rayonunda top mərmisi aşkarlanıb
Astara rayonunda top mərmisi aşkarlanıb
Xəbər Lenti Giriş Populyar Reklam