Bakıda “Çiçəklən Azərbaycan” adlı sərgi açılacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda “Çiçəklən Azərbaycan” adlı sərgi açılacaq

Bakıda “Çiçəklən Azərbaycan” adlı sərgi açılacaq

Müəllif: Gulnare
//
25 aprel 2018
//
//

Bakıda “Çiçəklən Azərbaycan” adlı sərgi açılacaq


Mayın 1-də Gəncliyə Yardım Fondunda “Çiçəklən Azərbaycan” adlı sərgi açılacaq.

Xeberleragentliyi.com AZƏRTAC A isdinaden xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.

Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100, ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilib. Sərgiyə təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 200-dən çox rəssam 150-ə qədər işi ilə qatılıb. Müxtəlif yaş qruplarında rəssam və dekorativ sənət ustalarının əsərlərinin nümayiş ediləcəyi sərginin sonunda iştirakçılar diplomla təltif olunacaqlar.
Xəbər Lenti Giriş Populyar Reklam