“Bizə rəqib olan siyasi qüvvə yoxdur” » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Bizə rəqib olan siyasi qüvvə yoxdur”

“Bizə rəqib olan siyasi qüvvə yoxdur”

Müəllif: Anar
//
16 Kasım 2012
//
//

OXUNUB:311
 “Bizə rəqib olan siyasi qüvvə yoxdur”

“Dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda yeni siyasi qüvvənin formalaşmasına zərurət yaranmışdı. 1992-ci ilin noyabrında ulu öndər Heydər Əliyev ölkənin nüfuzlu ziyalılarını öz ətrafına toplayaraq Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Partiyanın qarşıya qoyduğu ilk məqsədlərdən biri ölkədə siyasi sabitliyin bərpa edilməsi və xalqın ağır mənəvi böhrandan çıxarılması oldu. Yeni Azərbaycan Partiyası qısa zamanda xalq arasında böyük nüfuz qazandı”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 20 illiyi şərəfinə noyabrın 16-da təşkil olunmuş ziyafətdəki çıxışında deyib.

Dövlət başçısı yalnız 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin düşdüyü çıxılmaz vəziyyətdən xilas olduğunu vurğulayıb. Heydər Əliyevin rəhbərliyi ilə başlanan iqtisadi, siyasi, demokratik islahatları Azərbaycanın hazırkı inkişafını şərtləndirən əsas amil kimi səciyyələndirən prezident partiyanın ölkədə ilk dəfə siyasi mübarizə ideyalarını yeni müstəviyə çıxardığını qeyd edib.

Prezident bildirib ki, YAP-ın yarandığı ilk illərdə ulu öndərin diqqət yetirdiyi əsas məsələlərdən biri yeni milli ideologiyanın formalaşması idi: “Ulu öndər bu məsələnin əsas istiqamətlərini müəyyənləşdirdi və bu siyasətin özəyinin azərbaycançılıq fəlsəfəsindən ibarət olduğunu elan etdi. Gənc, müstəqil Azərbaycanın siyasi, iqtisadi, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar bu fəlsəfənin dəqiqliyini və doğruluğunu sübut etdi”.

Prezident İ. Əliyev Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasətin bünövrəsi üzərində qurulmuş Azərbaycanın bu gün dünyada iqtisadi cəhətdən ən inkişaf etmiş və siyasi sabitlik baxımından nümunəvi ölkələrdən birinə çevrildiyini diqqətə çatdırıb. Dövlət başçısı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan YAP-ın üzvlərinin xidmətlərini də qeyd etdi. Prezident üzvlərinin sayı 600 minə çatmış partiyanın sıralarının gənclər hesabına daha da genişlənməsini mühüm proses kimi dəyərləndirib.

“Azərbaycanın siyasi arenasında bizə rəqib olan siyasi qüvvə yoxdur”, - deyən prezident partiya üzvlərinin bütün dövrlərdə dövlətçiliyə sadiq olmasından, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdəki rolundan da danışıb. Dövlət başçısı beynəlxalq aləmdə Azərbaycanın dostlarının sayının artmasını, ölkənn BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, xarici ölkələrə investisiya qoyuluşu imkanlarının genişlənməsini, Bakının ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini Azərbaycanın dünyada artan nüfuzunun göstəriciləri kimi səciyyələndirib. Prezident ölkə üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətin mövqeyinin dəyişməz olduğunu bir daha bəyan edib.

“Bizim güclü dayaqlarımız-xalqımız, sürətlə inkişaf edən ölkəmiz, dəqiq konsepsiya və proqramlarımız var. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Azərbaycanın gələcək inkişafında rolu daha da artacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam