Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb

Müəllif: Gulnare
//
25 aprel 2018
//
//

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb


Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları artıb.

Xeberleragentliyi.com AZƏRTAC A isdinaden xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 1,09 milyon barrel artaraq 429,1 milyon barrel olub. Analitiklər ehtiyatların 2,6 milyon barrel azalacağını nəzərdə tuturdu.

ABŞ-dakı benzin ehtiyatları keçən həftə 2,7 milyon barrel artıb. Benzin ehtiyatlarının 99,5 milyon barrelədək azalması gözlənilirdi.

Ölkədə emal edilmiş neft ehtiyatları isə ötən həftə 1,91 milyon barrel azalıb. ABŞ-ın xam neft idxalı gündəlik 284 min barrel artaraq 8,2 milyon barrelə çatıb.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Xəbər Lenti Giriş Populyar Reklam