Formula 1 üçün yüklər Bakıya gətirilib - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Formula 1 üçün yüklər Bakıya gətirilib - FOTO

Formula 1 üçün yüklər Bakıya gətirilib - FOTO

Müəllif: Gulnare
//
24 Nisan 2018
//
//

Formula 1 üçün yüklər Bakıya gətirilib - FOTO


2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilmişdir. Daha bir reys bu həftə yerinə yetiriləcək.

Yüklərin böyük hissəsi Azərbaycanın "Silk Way West Airlines" aviaşirkəti tərəfindən daşınıb.

2018 Formula 1 Azərbaycan Qran Prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.
Xəbər Lenti Giriş Populyar Reklam