Ukraynalıların Dünya Konqresinin prezidenti Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ukraynalıların Dünya Konqresinin prezidenti Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıb

Ukraynalıların Dünya Konqresinin prezidenti Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıb

Müəllif: Gulnare
//
24 aprel 2018
//
//

Ukraynalıların Dünya Konqresinin prezidenti Azərbaycandakı multikultural mühit barədə məlumatlandırılıb


Ukraynalıların Dünya Konqresinin (UDK) prezidenti Yevgeni Czolijin rəhbərliyi ilə nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov qonaqlara qurumun fəaliyyəti, ölkəmizdəki multikultural mühit haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev multikulturalizmin qorunub saxlanmasına böyük önəm verir. Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davamının nəticəsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi diqqətə çatdırıb ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın iyirmiyə yaxın universitetində tədris olunur. BBMM-in doqquz ölkədə filialı var və sonuncu filial bu ilin əvvəlində ABŞ-da açılıb.

Ukraynalıların Dünya Konqresinin prezidenti Yevgeni Czolij bildirib ki, Azərbaycan kimi çoxmillətli, çoxmədəniyyətli, multikultural və tolerant bir ölkə öz nümunəsi ilə digər ölkələri də həvəsləndirir və onun təcrübəsindən istifadə olunmasını zəruri edir. Qonaq öz ölkəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılması və eyni zamanda, Ukraynanın ali təhsil məktəblərində Azərbaycan multikulturalizmi fənninin tədris edilməsinin məqsədəmüvafiq olması barədə arzusunu də dilə gətirib. Görüşdə Ukraynalıların Dünya Konqresinin Brüssel Beynəlxalq Təşkilatı missiyasının direktoru Marina Yaroşeviç, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Oleksandr Sençenko və Azərbaycanda Ukrayna Konqresinin rəhbəri Yuri Osadçenko iştirak ediblər.

Qeyd edək ki, Ukraynalıların Dünya Konqresi 20 milyon ukraynalının milli maraqlarını qoruyan beynəlxalq diaspor təşkilatıdır və dünyanın 53 ölkəsində fəaliyyət göstərir. Konqres 1967-ci ildə yaradılıb. 2003-cü ildə yenidən qurulan təşkilat BMT-nin İqtisadi və Sosial Şurasında qeyri-dövlət təşkilatı kimi xüsusi məşvərətçi statusa malikdir.
Xəbər Lenti Giriş Populyar Reklam