Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq"

Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq"

Müəllif: Gulnare
//
24 Nisan 2018
//
//

Emmanuel Makron: "Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq"

Fransa Prezidenti Emmanuel Makrondan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyir, ən səmimi arzularımı çatdırıram.

Bu münasibətlə mən növbəti illərdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək arzusunda olduğumu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını bir daha vurğulamaq istəyirəm.

Bu il fevralın 21-də Sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə Sizinlə görüşmək arzusunda olduğumu bildirirəm.

Cənab Prezident, bir daha Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdıraraq, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam