Bakıda bədii gimnastika üzrə "AGF Junior Trophy" turnirində fərdi yarışlar başladı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda bədii gimnastika üzrə "AGF Junior Trophy" turnirində fərdi yarışlar başladı

Bakıda bədii gimnastika üzrə "AGF Junior Trophy" turnirində fərdi yarışlar başladı

Müəllif: Gulnare
//
24 Nisan 2018
//
//

Bakıda bədii gimnastika üzrə "AGF Junior Trophy" turnirində fərdi yarışlar başladı


Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlara verilib.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Qeyd edək ki, "AGF Junior Trophy" turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil edilir. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradır.
Xəbər Lenti Giriş Populyar Reklam