Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu - VİDEO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu - VİDEO

Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu - VİDEO

Müəllif: Gulnare
//
23 Nisan 2018
//
//

Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu - VİDEO


Sumqayıtda aprelin 18-də dənizə getdikləri ehtimal olunan 2 nəfərin - 15 yaşlı Adil Cəbiyev və 17 yaşlı Nüsrət Nəzərovun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Xeberleragentliyi.com xezerxeber.az-a istinadən bildirir ki, bu gün səhər saatlarından etibarən axtarışlara Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunub.
İlkin olaraq Xəzər dənizinin Sumqayıt sahil hissəsində həyata keçirilən axtarışlarda bir nəticə olmasa da, valideynləri onlardan gələcək xəbəri gözləyirlər.
İtən şəxslərin valideynləri deyirlər ki, gənclərin dənizə getmə ehtimalları yüksəkdir. Onların dənizə tərəf getmələrini görənlər olub.

Xəbər Lenti Giriş Populyar Reklam