Bakıda dumanla əlaqədar sürət həddi azaldıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda dumanla əlaqədar sürət həddi azaldıldı

Bakıda dumanla əlaqədar sürət həddi azaldıldı

Müəllif: Gulnare
//
23 Nisan 2018
//
//

Bakıda dumanla əlaqədar sürət həddi azaldıldı



Bakıda Bilgəh-Mərdəkan yolunda sürət həddi azaldılıb.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Məlumatda bildirilir ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilhəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Məlumat üçün qeyd edək ki, hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Sürücülərə diqqətli olmalarını tövsiyə edirik.
Xəbər Lenti Giriş Populyar Reklam