Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.
Xeberleragentliyi.com oxu.az-a istinadən xəbər verir ki, gündəlikdən çıxarılan sənəd "Standartlaşdırma haqqında" yeni - ikinci oxunuşda olan qanun layihəsidir.
Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.
Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.

Oxşar Xəbərlər:
Xəbər Lenti
Giriş
Populyar
Reklam














İstifadəçi paneli






