Bakıya daha bir yeni metro qatarı gətiriləcək - Vaxt açıqlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıya daha bir yeni metro qatarı gətiriləcək - Vaxt açıqlandı

Bakıya daha bir yeni metro qatarı gətiriləcək - Vaxt açıqlandı

Müəllif: Gulnare
//
23 Nisan 2018
//
//

Bakıya daha bir yeni metro qatarı gətiriləcək - Vaxt açıqlandı


Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.

O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".

N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: "Qatar son texnologiyalarla təmin edilib".

O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.
Xəbər Lenti Giriş Populyar Reklam