"Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilmək İlham Əliyevə Azərbaycanın inkişafı naminə verilmiş mandatdır" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilmək İlham Əliyevə Azərbaycanın inkişafı naminə verilmiş mandatdır"

"Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilmək İlham Əliyevə Azərbaycanın inkişafı naminə verilmiş mandatdır"

Müəllif: Gulnare
//
23 aprel 2018
//
//

"Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilmək İlham Əliyevə Azərbaycanın inkişafı naminə verilmiş mandatdır"


Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn İlham Əliyevə təbrik məktubu göndərib.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilməyiniz təkcə Azərbaycan xalqının Sizə bəslədiyi etimadın göstəricisi deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafı naminə verilmiş mandatdır.

Pakistan və Azərbaycan strateji tərəfdaşlar olmaqla yanaşı, onlar həm də aralarında qədim mədəniyyət bağları və ortaq adət-ənənələri olan qardaş dövlətlərdir. Zati-aliləri, Sizin ötən ilin mart ayında Pakistana səfəriniz ölkələrimiz arasında mövcud olan dostluq və xeyirxah münasibətlərə əlavə stimul verdi. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri Pakistan və Azərbaycan xalqlarının ortaq maraqları naminə bundan sonra da möhkəmləndirmək istiqamətində Sizinlə yaxından işləmək niyyətindəyik.

Yaranmış imkandan istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və yüksəliş arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xəbər Lenti Giriş Populyar Reklam