Azərbaycan AÇG-dən indiyədək 130 milyard dollardan çox gəlir əldə edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan AÇG-dən indiyədək 130 milyard dollardan çox gəlir əldə edib

Azərbaycan AÇG-dən indiyədək 130 milyard dollardan çox gəlir əldə edib

Müəllif: Gulnare
//
23 aprel 2018
//
//

Azərbaycan AÇG-dən indiyədək 130 milyard dollardan çox gəlir əldə edib

"Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyədək 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub".

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov aprelin 23-də Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" Forumundakı çıxışında deyib.

P.Şahbazov bildirib, Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsindən indiyədək 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.
Xəbər Lenti Giriş Populyar Reklam