Aqil Abbas: "Mən heç vaxt peyğəmbərlik iddiasında olmamışam" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Aqil Abbas: "Mən heç vaxt peyğəmbərlik iddiasında olmamışam"

Aqil Abbas: "Mən heç vaxt peyğəmbərlik iddiasında olmamışam"

Müəllif: Gulnare
//
21 aprel 2018
//
//

Aqil Abbas: "Mən heç vaxt peyğəmbərlik iddiasında olmamışam"


Azərbaycanda baş nazir postuna yeni təyinat məsələsi bir neçə gündür ölkə gündəmindən düşmür.

Bu gün isə prezident İlham Əliyev baş nazir Artur Rəsizadəni qəbul edərək, uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib. Qeyd edib ki, Artur Rasi-zadə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib. Prezidentin Artur Rəsizadəni qəbul etməsi insanların beynində onun vəzifəsindən gedib-getməyəcəyi ilə bağlı suallar yaradıb. Sonxeber.az məsələ ilə bağlı millət vəkili Aqil Abbasa müraciət edib. O, qeyd edib ki, Artur müəllim neçə illərdir baş nazirlik vəzifəsini ləyaqətlə həyata keçirir. Amma onun vəzifədə qalıb və ya gedəcəyi ilə bağlı məsələ barədə konkret nəsə demək çətindir: "Vallah mən heç vaxt peyğəmbərlik iddiasında olmamışam. Onun Adı heç bir korrupsiyada hallanmayıb, ailəsi, uşaqları ilə bağlı mətbuatda nəsə mənfi hala rast gəlməmişəm. Ləyaqətlə öz işini aparıb. Buna görə də Artur Rəsizadəyə möhtərəm prezidentimiz belə təşəkkür edib. Amma gedib qalacağı ilə bağlı mən heç nə deyə bilmərəm. Mənim o adama həmişə hörmətim olub, ləyaqətli insan kimi, işini bacaran insan kimi".Sonxeber.az
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı