Sisi yenidən prezident seçildi - Bu dəfə 97,08 faiz səslə » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sisi yenidən prezident seçildi - Bu dəfə 97,08 faiz səslə

Sisi yenidən prezident seçildi - Bu dəfə 97,08 faiz səslə

Müəllif: Gulnare
//
02 Nisan 2018
//
//

Sisi yenidən prezident seçildi - Bu dəfə 97,08 faiz səsləMisirin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi növbəti dörd il müddətinə Misir Ərəb Respublikasının dövlət başçısı vəzifəsinə seçilib.
Misirin Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bildirib ki, ölkə daxilində seçkilərdə 24 milyon 97 min 92 seçici iştirak edib, xarici ölkələrdə səsverməyə isə 157 min 60 misirli qatılıb. Səsvermədə ümumilikdə 24 milyon 254 min 152 Misir vətəndaşı iştirak edib. Seçici fəallığı isə 41,05 faiz olub.

Seçicilərin 21 milyon 835 min 387-si (97,08 faizi) prezident Əbdülfəttah əs-Sisiyə səs verib. Onun yeganə rəqibi “Al Qad” partiyasının lideri Musa Mustafa Musa isə seçicilərin 2,92 faizinin səsini toplayıb.

Qeyd edək ki, Misirdə prezident seçkiləri üç gün – martın 26-dan 28-dək keçirilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam