Prokurorluq silahlı insidentlə bağlı məlumat yaydı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prokurorluq silahlı insidentlə bağlı məlumat yaydı

Prokurorluq silahlı insidentlə bağlı məlumat yaydı

Müəllif: Anar
//
16 Kasım 2012
//
//

Prokurorluq silahlı insidentlə bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu Yasamal rayonu ərazisində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Bakı Şəhər Prokurorunun köməkçisi Günel Əkbərova bildib ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Karlar Cəmiyyətinin Yasamal rayonu ərazisində yerləşən ofisində cinayət işi üzrə ifadə almaq üçün oraya getmiş Səbail rayon prokurorluğunun müstəntiqi Allahyar Əliyevlə həmin cəmiyyətin sabiq direktoru Ayaz Məmmədov arasında mübahisə yaranması və A.Məmmədovun üzərində gəzdirdiyi tapançadan müstəntiq A.Əliyevə atəş açmaqla onu öldürməyə cəhd göstərməsi barədə informasiya yayılıb: “Noyabrın 14-də saat 18 radələrində Səbail rayon prokurorluğunun böyük müstəntiqi Allahyar Əliyev icraatında olan cinayət işi üzrə məhkəmə qərarına əsasən həmin cəmiyyətin 1 saylı müəssisəsində cəmiyyətin əməkdaşlarının iştirakı ilə istintaq hərəkəti yerinə yetirərkən müəssisənin sabiq direktoru Ayaz Məmmədov istintaq hərəkətinə etiraz əlaməti olaraq müstəntiq tərəfindən tərtib olunmuş protokola imza etməkdən imtina edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə qanunsuz olaraq əldə edib gəzdirdiyi «BROVNİNG» markalı tapançadan atəş açıb. A.Məmmədov orada olan şəxslər tərəfindən zərərsizləşdirilib və ondan bir ədəd tapança, on iki ədəd güllə, bir ədəd giliz götürülüb. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin hadisə zamanı müstəntiq A.Əliyevlə A.Məmmədov arasında hər hansı bir mübahisə yaranmayıb. Fakta görə həmin tarixdə Yasamal rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən Ayaz Məmmədov tutularaq istintaqa cəlb olunub. Hazırda hadisənin hansı şəraitdə baş verməsi, A.Məmmədovun nə məqsədlə odlu silah əldə edib ondan atəş açması və sair digər məsələlər üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam