"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət

"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət

Müəllif: Gulnare
//
02 Nisan 2018
//
//

"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayətZərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev şikayət məktubu ünvanlayıb.

Xeberleragentliyi.com afn-ə göndərilən həmin məktubu təqdim edir və ümidvarıq ki, aidiyyəti şəxslər lazım olan nəticəni çıxaracaqlar.

- Mənim oğlum, 14 fevral 1994-cü il tarixdə anadan olmuş Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. O, hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir.
Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm ora xərcləyəcəm. İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə və müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa, icra başçsı mənim başıma qaxınc edir ki, sizə nə köməklik edəcəm oğlunun meytini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir.

Mən özüm də Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ müharibəsi veteranıyam, xəstəliyə görə 2-ci qrup əliləm.
Qeyd edim ki, yoxsulluq həddində yaşayırıq. Evimiz çiy kərpicdəndir. Kasıb komamızın təmirinə ehtiyac olsa da, köməlkilik edən yoxdur. Bizim ailənin yaşayışını gəlib görən olsa, dəhşətə gələr. Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik. Çünki oğlum həmin məktəbdə oxuyub.
İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd etdi. Lütvəli Babayev bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nədə ki, şəhid maraqlandırmır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq, oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq. Biz bununla fəxr edib qürur duyuruq.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adı verilsin. 05 aprel 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm. Xahiş edirəm, gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın.

R.Abdullayev oğlunun hərbi xidmət zamanı aldığı orden-medalların və tərifnamələrin fotolarını da redaksiyamıza göndərib. Onları təqdim edirik:
"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət
"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət
"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət
"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət
"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət
"İcra başçsı mənim başıma qaxınc edir ki,..." - Aprel şəhidinin atasından prezidentə şikayət
Xəbər Lenti Giriş Populyar Reklam