Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksiz » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksiz

Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksiz

Müəllif: Gulnare
//
01 aprel 2018
//
//

Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksizAmerikanın məhşur şirkətlərindən biri olan "İnform" maraqlı bir cihaz hazırlayıb. Şirkət mütəxəssislərinin təşəbbüsü ilə hazırlanan çip dünyadakı ən kiçik əşyanı belə unutmağa icazə vermir.

Xeberleragentliyi.com xəbər verir ki, amerikalıların yeni kəşfi insanların unutqanlıq dərdinə son verəcək. Təqib çipi adlanan cihaz itirilən şəxsi əşyaların yerini dəqiqliklə təsbit edir.

Yeni nəsil ağıllı telefonlara bağlantılı şəkildə işləyən cihaz sizə şəxsi əşyanızdan müəyyən məsafədə uzaqlaşdığınız zaman ismarıc vasitəsilə xəbərdarlıq edir. Çipi istənilən əşyanın üzərinə birləşdirməyiniz kifayət edir.

Çip hava limanlarında və avtobus terminallarında baqaj və şəxsi əşya itirmə riskini sıfıra endirəcək. Çip sadəcə cansız əşyalarda deyil, ev heyvanlarında, hətta körpələrdə belə istifadə edilə bilər.

Çip 6 müxtəlif rəngdə istehsal olunacaq.

Hazırlanan təqib çipinin dekabr ayında orta hesabla 100 dollardan başlayan qiymətlərlə satışa çıxacağı bildirilib./publika.az/
Xəbər Lenti Giriş Populyar Reklam