Türkiyə Prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşəcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyə Prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşəcək

Türkiyə Prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşəcək

Müəllif: admin
//
29 mart 2018
//
//

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcək.

Bu barədə Trend Türkiyə Prezidentinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, R.T.Ərdoğan və Z.Həsənovun görüşü bu gün Ankarada Prezident iqamətgahında baş tutacaq.

Ötən gün Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akarla görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edib. General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Xəbər Lenti Giriş Populyar Reklam