Çeçenistan başçısı Azərbaycanda səfərdədir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Çeçenistan başçısı Azərbaycanda səfərdədir

Çeçenistan başçısı Azərbaycanda səfərdədir

Müəllif: Anar
//
16 noyabr 2012
//
//

Çeçenistan başçısı Azərbaycanda səfərdədir

AzərTAc-ın verdiyi məlumata görə, R. Kadırov bu gün Fəxri xiyabanda Heydər Əliyevin və eyni zamanda akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

R. Kadırov həmçinin, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Çeçenistan Respublikasının başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Xəbər Lenti Giriş Populyar Reklam