Ürək bu beş şeyi sevir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ürək bu beş şeyi sevir

Ürək bu beş şeyi sevir

//
15 noyabr 2012
//
//

Ürək bu beş şeyi sevir


İnsan ürəyi cəmi 300 qram olub, kişilərdə qadınlardan bir qədər ağır olur. Öz sahibinin yaşaması üçün bu kiçik, lakin dahi orqan sutka ərzində 170 l qan qovur. Əlbəttə işləyən orqana möhkəmlənmək də lazımdır. Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

Qaragilə (“çernika”)

Qaragilə “ürək ərzaq məhsulları” siyahısına başçılıq edir. O ürək xəstəlikləri ilə mübarizədə ən faydalı meyvə hesab olunur. Bu meyvə çoxlu miqdarda antosianinlər-antioksidantlar saxlayır, hansılar ki, qaragiləyə tünd-göy rəng verir. Bu qiymətli giləmeyvə eyni zamanda liflə (selluloza), vitamin C ilə də zəngindir. Həm təzə, həm də dondurulmuş vəziyyətdə faydalı xassələrini itirmir. Qaragilə ürək üçün əvəzedilməz produktdur.

Qızılbalıq

Bu soyuq su balığı əla zülal mənbəyi olmaqla bərabər, həmçinin ürək üçün əvəzedilməz olan omega-3 yağ turşuları ilə də zəngindir. Dietoloqlar qızılbalığı həftədə 2 dəfə yeməyi məsləhət görürlər. Bu balıq təkcə ürək üçün deyil, bütün orqanizm üçün çox faydalı qida məhsuludur. Bunlarla yanaşı onun əla dadı da var.

Soya (paxlalılar fəsiləsinin bir nümayəndəsi)

Soyanı bitki zülalının xəzinəsi hesab edirlər. Bundan başqa o, kalsium, dəmir, maqnezium, sink, liflər və vitaminlərlə də zəngindir. Bütün bunlar sağlamlıq üçün, xüsusən ürək üçün çox faydalıdır. Soya zülalı ilə zəngin dieta qanda triqliseridlərin, xolesterinin miqdarını azaltmaqla stenokardiya, ürək infarktı, insult kimi xəstəliklərinin qarşısını alır.

Yulaf (“ovsyanka”,”qerkules”)

Yulaf kaşası uşaqların sağlam inkişaf etməsi üçün çox vacib ərzaqdır. Yulaf- minerallar, vitaminlər və liflə zəngindir. Yulaf kaşası ilə saxlanılan dieta ürək xəstəliklərinin profilaktikasında əvəzedilməz rola malikdir. Bu bir qrup alimlər tərəfindən aparılan tədqiqatlarla da təsdiqlənib. Yulaf həmçinin həzm sisteminin işini yaxşılaşdırmaqla, bir neçə növ xərçəngin əmələgəlməsinin qarşısını da almağa qadirdir.

İspanaq (“şpinat”)

İlk dəfə ispanağın orqanizmə faydası haqqında məlumat Moryak Popaya məxsusdur. O ispanağı tərəvəzlər “krallığında” “elektrostansiya” adlandırmışdır. O minerallar, vitaminlər( xüsusilə fol turşusu və dəmir) və ürək üçün faydalı fitokimyəvi birləşmələrlə zəngin olub, ürəklə yanaşı göz üçün də çox qiymətlidir.

Ürəyinizi qoruyun, içində sevdikləriniz var.

biutefkosm 15 noyabr 2012 00:35
Sağ ol şöbə müdiri gözəl yazıdır.

Xəbər Lenti Giriş Populyar Reklam