Prezident: "Həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır" » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident: "Həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır"

Prezident: "Həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır"

Müəllif: Anar
//
05 Şubat 2018
//
//

OXUNUB:27
Prezident: "Həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır"

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayının iştirakçılarına təbrik məktubu göndərib.



Qurultayda təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.



Dövlət başçısı bildirib ki, həmkarlar İttifaqları müstəqillik illərində böyük inkişaf yolu keçib: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının qorunmasında böyük rol oynayır. Hökumət əmək hüquqlarının tənzimlənməsində, sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Həmkarlar ittifaqlarının öz işlərini müasir dövrün tələblərinə uyğun qurması üçün şərait yaradılıb".



Azərbaycan prezidenti qeyd edib ki, görülən işlər yoxsulluğun və işsizliyin aşağı səviyyəyə salınmasına imkan yaradıb: "Aparılmış islahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çoxlu iş yeri açılır. Əldə olunan bu uğurlar əhalinin sosial hüquqlarının qorunması, ictimai həmrəyliyin yüksəldilməsi baxımından həmkarlar ittifaqlarının rolunu artırır. Həmkarlar ittifaqları müxtəlif sahələrdəki təşkilatlarda fəaliyyətini genişləndirməli, işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır. İnanıram ki, bu qurultay həmkarlar ittifaqlarının fəaliyyətinə mühüm töhfə verəcək".
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam