Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Müəllif: Anar
//
19 Ocak 2018
//
//

OXUNUB:55
Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər Baş Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən nazir ötən il Bakı şəhəri və onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraitinin kompleks təhlil edildiyi, cinayətkarlığın dinamikasında əsas təmayüllər, neqativ proseslər və dəyişikliklər öyrənilməklə qarşılıqlı əlaqələrin təkmilləşdirildiyi, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflərin hazırlanaraq icra edildiyi diqqətə çatdırıb.



Daxili işlər naziri çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlər zamanı asayişin mühafizəsinin daha da gücləndirilərək mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü xüsusi vurğulayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə edib.

Baş idarənin rəisi, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara da toxunaraq onların aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edən aidiyyəti xidmət və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrdən, həmçinin nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2017-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov baş idarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, paytaxt üzrə qeydə alınmış cinayətlərin əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyədən daha çox çıxarılması üçün əməliyyat tədbirlərinin gücləndirilməsini tələb edib.

Nazir tələb edib ki, hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, öz fəaliyyətlərində başlıca məqsəd kimi vətəndaş məmnunluğunu təmin etməlidir.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam